"Lənkəran" klubunun Azərbaycan Basketbol Liqasının III turunda "Naxçıvan"a məğlubiyyətinin ( 82:91) əsas səbəblərindən biri cərimə atışlarında uğursuz olmasıdır. Sport24.az xəbər verir ki, bunu Lənkəran təmsilçisinin mətbuat xidmətinə açıqlamasında baş məşqçi Georgi Kondruseviç deyib.

 

O, komandanın 4 hissənin hər birində döyüşdüyünü vurğulayıb:

 

"Komandamız 4 periodda bacardığı qədər döyüşdü. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilməmək başqa mövzudur. Basketbolçularım düşündüklərimi tam həyata keçirə bilmədilər. Amma yaxşı mübarizə apardılar. Buna görə də onlara təşəkkür edirəm. Sona qədər mübarizə apardıq və 4-cü periodda fərqi azalda bildik. Amma bu, məğlubiyyətədən qaçmağa kömək etmədi. Ümumilikdə oyunçularıma iradım yoxdur. Məğlubiyyətin əsas səbəblərindən biri cərimə atışlarında uğursuz olmağımızdır. İlk periodda heç bir cərimə atışını xala çevirə bilmədik. Əsas səbəb budur da deyə bilmərik. Eyni zamanda, gözlənilməz top itkiləri rəqibin sürətli əks-hücumlarına çevrildi. Məhz bunlar yekunda 9 xal fərqi ilə uduzmağımızla nəticələndi. Bunun üzərində çalışmalıyıq".