Azərbaycan millisinin üzvü Mahir Emrelinin də klubu "Kayzerslautern" 2-ci Bundesliqada 9-cu tur oyununa çıxıb. Sport24.az xəbər verir ki, komanda səfərdə "Karlşluher"lə qarşılaşıb.

 

Göüş "Kayzerslautern"in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Mahir Emreli bu matç üçün iştirak ərizəsində yer almayıb. 27 yaşlı hücumçu əvvəlki 5 görüşdə də baş məşqçi Torsten Liberknextin qərarı ilə sifariş vərəqinə daxil edilməmişdi.

 

Hazırda "Kayzerslautern" turnir cədvəlində 18 xalla 4-cüdür.

 

Xatırladaq ki, M.Emreli bu yay "Kayzerslautern"ə transfer olunub. O, hazırkı mövsümdə cəmi 3 bundesliqa oyununda meydana çıxıb və qol vura bilməyib.