"Barselona" yay "transfer pəncərəsi" ilə bağlı qərar verib Sport24.az "Sport"-a istinadən xəbər verir ki, "Barsa"nın idman direktoru Deku yalnız iki sövdələşməni hədəfləyir. Joao Feliks və Joao Kanselonu icarədən tam almaqla yanaşı, komandaya müdafiəyəmeyilli yarımmüdafiəçi və sol cinah oyunçusu dəvət etmək istəyir.

 

O da bildirilir ki, kataloniyalılar üçün yay transfer dönəmi rahat keçəcək.

 

Qeyd edək ki, bir müddət əvvəl "Barselona"nın yayda "Mançester Siti"dən yarımmüdafiəçi Bernardo Silvanı 50 milyon avroya ala biləcəyi bildirilirdi. Lakin portuqaliyalı futbolçunun Kataloniya komandasına qoşulmaq ehtimalı azdı.