Futbol üzrə Rusiya Premyer Liqasında mövsümün sonuncu - 30-cu turunun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Nijni Novqorod”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Start heyətdə meydana çıxan Sadıqov 61-ci dəqiqədə əvəzlənib. Sarı vərəqə limitini dolduran Quliyev isə mövsümün son matçının iştirakçısı olmayıb.

“Ximki” mövsümü 18 xalla 16 kollektiv arasında 15-ci pillədə başa vurub və Premyer Liqa ilə vidalaşıb.