Futbol üzrə Rusiya Premyer Liqasında 28-ci turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Axmat”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.

Start heyətdə meydana çıxan Quliyev fasilədə əvəzlənib. Sadıqov isə 73-cü dəqiqədə meydana buraxılıb.

“Ximki” 28 turdan sonra 18 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.