İngiltərədə mayın 17-dən stadionlara azarkeşlər buraxılacaq. Sport24.az xəbər verir ki, bu barədə baş nazir Boris Conson açıqlama verib.

O, mayın 17-dən futbol yarışlarına məhdud sayda – 10 minə qədər azarkeşin buraxıla biləcəyini qeyd edib.

İngiltərə Premyer Liqasında son iki – 37 və 38-ci turun oyunlarına azarkeşlər buraxılacaq. Çempionatda hazırda 35 tur oynanılıb və “Mançester Siti” klubu liderdir.

Premyer Liqada mövsümün əvvəlki oyunları koronavirus pandemiyasına görə azarkeşsiz keçirilib.