Portuqaliyalı mütəxəssis Joze Mourinyo Avropa Liqasında "Mançester Yunayted"lə qazandığı qələbəni xatırladıb.

Sport24.az xəbər verir ki, o, İngiltərə klubu ilə qələbəni necə əldə etdiklərindən danışıb:

"O zaman qapıçı Romerodan Maruan Fellainiyə qədər, uzun toplarla qalib gəldik. "Ayaks" bizə təzyiq göstərdi, lakin bu, kifayət etmədi. Hər şey sadə idi. Fellaini vasitəsilə oynadıq və hesab 2:0 oldu. Sonra kuboku evə apardıq".