"McLaren" komandasının britaniyalı pilotu Lando Norris "Mayami Qran-prisinin qalibi olub. Sport24.az xəbər verir ki, finiş xəttinə ikinci "Red Bull"dan niderlandlı Maks Ferstappen gəlib. Üçüncü yeri "Ferrari"dən monakolu Şarl Lekler tutub.

 

Norris karyerasında ilk dəfə "Formula 1" mərhələsinin qalibi olub. Əvvəllər britaniyalı ikinci yerdən yuxarı qalxmamışdı.

 

Qeyd edək ki, şəxsi göstəricidə Ferstappen 136 xalla liderliyini qoruyur.  İkinci yeri onun komanda yoldaşı meksikalı Serxio Peres (101), Lekler üçüncü (98) tutur. Konstruktorlar Kubokunda "Red Bull" liderliyi qoruyub saxlayır (237), "Ferrari" ikinci yeri (189), "McLaren" üçüncü yeri (124) tutur.