Türkiyə birinci liqasında XXXIII turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geydiyi "Ümraniyespor" "doğma divarlar" arasında "Erzurumspor"u qəbul edib. 

 

Qarşılaşmaya ehtiyat oyunçular skamyasından başlayan Coşqun 85-ci dəqiqədə meydana daxil olub. Görüş Coşqunun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

 

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 40-a çatdıran "Ümraniyespor" turnir cədvəlində 12-ci pilləyə yüksəlib.