"Mançester Yunayted", "Bavariya" və "Arsenal" Fil Dişi Sahili millisinin üzvü və "Hoffenhaym"ın vingeri Bazuman Ture ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur "X" sosial media hesabında paylaşım edib. 

 

Mənbənin sözlərinə görə, Almaniya klubu 20 yaşlı cinah oyunçusu üçün 50-55 milyon avro müqabilində danışıqlara başlayacaq. Qeyd olunur ki, müqavilə müzakirələri zamanı "Hoffenhaym" qiyməti 70-80 milyon avroya qaldıra bilər. Klub ötən qış hücumçu üçün bütün təklifləri rədd edib.

 

Qeyd edək ki, Ture bu mövsüm bütün turnirlərdə 25 oyunda meydana çıxıb, 2 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Futbolçu Fil Dişi Sahili millisində 4 oyun keçirib və 2 qol vurub.