Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Sport24.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçirilib.
"Mançester Yunayted" səfərdə "Lion"la bərabərə qalıb. "Tottenhem" Londonda "Ayntraxt"ın müqavimətini qıra bilməyib. "Latsio" Norveçdə "Budo Qlimt"ə uduzub. "Atletik" isə "Reyncers"lə heç-heçə edib.
Qeyd edək ki, 1/4 finalın cavab oyunları aprelin 17-də keçiriləcək.
Avropa Liqası, 1/4 final, ilk oyun
"Budo Qlimt" (Norveç) - "Latsio" (İtaliya) 2:0
Qollar: Saltnes, 47, 69
"Lion" (Fransa) - "Mançester Yunayted" (İngiltərə) 2:2
Qollar: Almada, 25, Çerki, 90+5 - Yoro, 45+5, Zirkeze, 88
"Tottenhem" (İngiltərə) - "Ayntraxt" (Almaniya) - 1:1
Qollar: Porro, 26 - Ekitike, 8
"Reyncers" (Şotlandiya) - "Atletik" (İspaniya) - 0:0