Avqust ayının ən yaxşı klublarının adları açıqlanıb.

Sport24.az xəbər verir ki, İFFHS tərəfindən hazırlanan cədvələ Çexiyanın "Sparta Praqa" klubu başçılıq edir.

 

Praqalılar sözügedən ayda Çempionlar Liqasının təsnifat mərhələsində 3 qələbə və 1 heç-heçə, Çexiya çempionatında isə 2 qələbə 1 bərabərlik ilə yadda qalıblar. Nəticədə onlar 48,5 xalla liderdilər.

Aktivində 44 xal olan "Real" ikincidir. Madrid klubu ötən ay UEFA Super Kubokunu qazanmaqla yanaşı, La Liqada 2 qələbə və 1 heçə-heçəyə imza atıb. İlk üçlüyü braziliyanın "Fortaleza" klubu qapayır. Onların aktivində 42 xal var.

 

Qeyd edək ki, iyul ayında bu göstəricidə 38 xalla Rumıniyanın "Buxarest" klubu lider olub.