"Aston Villa" "Vulverhempton"un mərkəz yarımmüdafiəçisi Joao Qomesi "rənglərinə bağlayıb". Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mediada yayılan xəbərlərə görə, Birmingem klubu 25 yaşlı braziliyalı oyunçu üçün 35 milyon funt sterlinq ödəyib.
Qeyd edək ki, Qomez 2023-cü ildən "Vulverhempton"un formasını geynir. yarımmüdafiəçi ötən mövsüm meydana çıxdığı 41 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.