İngiltərənin "Arsenal" klubu və Madrid "Atletiko"su hücumçu mübadiləsi barədə razılığa gəliblər. Sport24.az xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb.
Mənbənin sözlərinə görə, London klubu "Atletiko"dan argentinalı hücumçu Julian Alvaresi transfer edəcək. Bunun müqabilində "topçular" isveçli hücumçu Viktor Gyökeresi İspaniya klubuna göndərməklə yanaşı, 50 milyon avro da ödəyəcək.
Qeyd edək ki, Viktor Gyökeres ötən mövsüm "Arsenal"da 55 oyun keçirib və 21 qol vurub. Julian Alvares "Atletiko"da 49 oyunda 20 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb.