"Yuventus"un müdafiəçisi Andrea Kambiaso yay "transfer pəncərəsi"ndə komandanı tərk edə bilər. Sport24.az xəbər verir ki, "Çelsi" və "Barselona" italyalı sağ cinah müdafiəçisi ilə maraqlanır.
Bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Turin təmsilçisi maliyyə vəziyyətini yaxşılaşdırmaq və yeni transferlər üçün vəsait əldə etmək məqsədilə 26 yaşlı futbolçunu satışa çıxarmağa hazırlaşır.
Qeyd edək ki, Kambiaso başa çatan mövsümdə "Yuventus"un heyətində 47 rəsmi matçda 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.