FIFA-nın qlobal inkişaf üzrə rəhbəri Arsen Venger klublararası dünya çempionatına ev sahibliyi edən ABŞ stadionlarında meydançanın keyfiyyəti ilə bağlı problemlərin olduğunu etiraf edib. Sport24.az xəbər verir ki, fransız funksioner bu barədə "Reuters"ə açıqlama verib:
"Mən şəxsən Orlandodakı meydançanı görmüşəm. Bəli, bu Avropa klublarının öyrəşdiyi səviyyə deyil. Lakin, gələn ilki dünya çempionatına kimi çatışmazlıqlar aradan qaldırılacaq".
Qeyd edək ki, hazırda davam edən klublararası dünya çempionatı ABŞ-ın 11 şəhərində və 12 stadionunda keçirilir.