"Qarabağ" Xorvatiya təmsilçisi "Dinamo"da çıxış edən futbolçu Samy Mmaee üçün danışıqları davam etdirir. Sport24.az xəbər verir ki, müdafiəçinin Ağdam təmsilçisinə keçidi yaxın günlərdə rəsmiləşə bilər.
28 yaşlı mərakeşli oyunçu Zaqreb yəmsilçisində heyətdə düşmür. "Köhlən atlar"ın onun üçün "Dinamo"ya yarım milyondan az transfer haqqı ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, Samy Mmaee 2024-cü ildən Xorvatiya klubunda çıxış edir.