"Malyorka"nın müdafiəçisi Pablo Maffeo karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 27 yaşlı ispaniyalı ilə "Nottingem Forest" maraqlanır. İngiltərə klubu futbolçu üçün təxminən 6 milyon avro təklif edir.

 

Qeyd edək ki, Maffeo ötən mövsüm 31 oyunda meydana çıxıb, 2 məhsuldar ötürmə və 7 sarı vərəqə ilə yadda qalıb.