"Qalatasaray"ın futbolçusu Kerem Demirbay yeni sezona fərqli komandada başlaya bilər. Sport24.az xəbər verir ki, İstanbul klubunda az-az oynayan alman futbolçu özü də komandanı tərk etmək niyyətindədir.

 

"Samsunspor" Kerem üçün danışıqlara start verib. Qaradəniz təmsilçisi 31 yaşlı futbolçunun keçidini həll etmək niyyətindədir.

 

Keremin "Qalatasaray"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.