"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışında daha bir rəqibi müəyyənləşib. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu "Zalstburq"la yoldaşlıq oyunu keçirəcək.

 

Bu barədə Avstriya klubunun mətbuat xidməti məlumat yayıb.

 

Görüş iyulun 15-də baş tutacaq və matça Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Xatırladaq ki, hazırlığın Avstriya mərhələsində Ağdam təmsilçisi Ukraynanın "Metalist 1925" klubu ilə də qüvvəsini sınayacaq (7 iyul).