"Sportinq"in prezidenti Frederik Varandaş hücumçusu Viktor Gyökereşin mümkün transferi ilə bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, o deyib:
"Qiymət deməyəcəyəm, çünki oyunçu özü də bunu bilir. Amma sizə deyə bilərəm ki, Viktor 60+10 milyon avroya getməyəcək. Bu baş verməyəcək".
Qeyd edək ki, İsveç millisinin futbolçusuna "Mançester Yunayted", "Arsenal" və "Yuventus" maraq göstərir. Daha öncə mətbuatda yayılan xəbərlərə əsasən, "Sportinq"in rəhbərliyi oyunçunu 60 + 10 milyon avroya buraxmağa söz vermişdi. Lakin bu, yay transfer pəncərəsində baş vermədiyinə görə Gyökereşin rəhbərliklə arası pozuldu.
Viktor Gyökereş ötən mövsüm "Sportinq"in heyətində 52 oyuna çıxaraq 54 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Lissabon klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.