Avstriyanın paytaxtı Vyanada akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq Vyana Reqatası keçirilib. Sport24.az xəbər verir ki, sayca 121-ci dəfədir təşkil olunan reqatada iştirak edən Azərbaycan avarçəkənləri uğurlu nəticə əldə ediblər.

 

Komandamız beynəlxalq yarışda gümüş medal qazanıb.

 

Yeniyetmələr arasında Azər İlyasov-Cahangir Məmmədli cütlüyü iki nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.