İyulun 3-6-da Rumıniyanın Piteşti şəhərində 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatı keçiriləcək. Sport24.az xəbər verir ki, Azərbaycanı qitə çempionatında 6 idmançı təmsil edəcək.
Kanoe yarışlarında Tatyana Smilovenko çempionluq uğrunda mübarizə aparacaq. Amil Ramazanov, Əlimurad Hacızadə, Ceyhun Vəlixanov, Niyaz Məlikov və Elvin Əliyev isə kayak növündə ölkəmizi təmsil edəcək.