UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la (Xorvatiya) qarşılaşacaq "Zirə"nin oyunlarının başlama saatı bəlli olub. Sport24.az xəbər verir ki, ilk matç iyulun 23-də saat 19:30-da 8-ci km stadionunda ("Neftçi Arena") keçiriləcək.
Cavab görüşü isə iyulun 31-də Bakı vaxtı ilə saat 23:00-da "Polyud Stadium"da start götürəcək.