"Sabah" daha bir futbolçusu ilə vidalaşıb. Klubdan verilən məlumata görə, Vinsent Till ilə yolları ayrılıb.

 

Lüksemburqlu yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

 

Till 2023-cü ildən etibarən "Sabah"ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 35 oyuna çıxaraq 3 qol vurub.