"Real"ın yarımmüdafiəçisi Luka Modriçlə bağlı maraqlı statistika açıqlanıb. Sport24.az xəbər verir ki, xorvatiyalı futbolçu 2024/25-ci illər mövsümündə klub yarışlarında 60 oyun keçirib.

 

Beləliklə, Modriç 39 yaşında şəxsi rekordunu müəyyənləşdirib: o, əvvəllər heç vaxt bir mövsümdə bu qədər matç oynamayıb.

 

O, 60 qarşılaşmada 4 qol vurub və 9 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, Modriç 2024/25-ci illər mövsümündə həmçinin 10 oyunda Xorvatiya millisinin formasını geyinib.