Belarusda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq görüşünü keçirib. Sport24.az xəbər verir ki, A milli Belarus yığması ilə qarşılaşıb. Jodinodakı "Torpedo" stadionunda təşkil olunan oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu iyulun 1-də Minskdə yerləşən "Traktor" stadionunda təşkil olunacaq.