"Milan" heyətini yeni oyunçu ilə gücləndirəcək. Sport24.az xəbər verir ki, "qırmızı-qaralar" "Torino"da çıxış edən Samuele Riççinin keçidi ilə bağlı razılıq əldə edib.

 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

"Milan" italiyalı dayaq yarımmüdafiəçisi üçün onun klubuna 23+2 milyon avro təzminat ödəyəcək. 23 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra onunla 5 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, "Torino" Samuele Riççini 2022-ci ilin yanvar ayında "Empoli"dən transfer edib. İtaliya millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.