"Sabah" daha bir legioneri ilə vidalaşıb. Sport24.az klubun mətbuat xidmətinə istainadən xəbər verir ki, "bayquşlar" Vinsent Till ilə yollarını ayırıb.   Lüksemburqlu yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.   Qeyd edək ki, Till 2023-cü ildən etibarən "Sabah"ın uğurları üçün çalışırdı. O, komandamızın heyətində 35 oyuna çıxaraq 3 qol vurub.