"Əl Nəsr"in futbolçusu Kriştiano Ronaldo açıqlama verib. Sport24.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı haqda fikirlərini bölüşüb:

 

"İnsanların bu gözəlliyi gəlib görməlidir. İndi Qırmızı dənizdəyəm və özümü rahat, sakit hiss edirəm. Səudiyyə Ərəbistanını bəyənirəm, tövsiyə edirəm ki, bura gəldi. Çox şey dəyişib. Ölkənin tarixini, mədəniyyətini artıq bilirəm. Turistlər üçün bura gəlmək gözəl seçim olar".

 

Ronaldo 2023-cü ilin əvvəlindən "Əl Nəsr"də çıxış edir.