"Beşiktaş" daha bir futbolçu ilə yollarını ayırmaq haqda düşünür. Sport24.az xəbər verir ki, "qara qartallar" Salih Uçanı komandada saxlamağı planlaşdırmır.

 

Onun vaxtından əvvəl komandadan göndəriləcəyi gözlənilir.

 

"Beşiktaş"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan Uçanın "Kocaelispor"a keçidi gündəmdədir. Türk futbolçu özü də İzmit klubuna transferinə müsbət yanaşır.

 

O, karyerası ərzində "Bucaspor", "Fənərbaxça", "Roma", "Sion", "Empoli", "Alanyaspor", "Başakşəhər" klublarında oynayıb.