"Atalanta" "Genoa"nın müdafiəçisi Honest Ahanorun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Atalanta" 17 yaşlı italyan üçün 15 milyon avro və 5 milyon bonus ödəməyə hazırdır. Futbolçu "Milan"ın da transfer siyahısında yer alıb.

 

Ahanor İtaliyada nigeriyalı ailədə dünyaya göz açıb və 2023-cü ildə bu ölkənin vətəndaşlığını alıb.

 

Müdafiəçi 2024/25 mövsümündə "Cenoa"nın heyətində A Seriyasında 6 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı Ahanorun transfer dəyərini 5 milyon avro olaraq qiymətləndirir.