"Neftçi"yə qayıtmaq arzum idi". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Elvin Bədəlov klubun televiziyasına açıqlamasında deyib.

 

Müdafiəçi "ağ-qaralar"a keçidi ilə bağlı fikirlərini bölüşüb: "Daha təcrübəli Elvinin "Neftçi"yə qayıtmasını istəyirdim. O vaxt gəlib çatıb. Sevinirəm. Böyük klubdur, flaqmandır. Bunu bilirik. Ancaq gözəl hisslərdir. Bizə işləmək qalır".

 

O, ən birinci "Neftçi"də çıxış etdiyi vaxt gənc olduğunu xatırladıb: "Böyük futbolda ilk addımları "Neftçi"də atdım. Təcrübəm az idi. O qədər də uğurlu alınmamışdı. Daha təcrübəli qayıdacağımı demişdim. İnanıram ki, azarkeşlər, klub rəhbərliyi və məşqçilər bunu görəcəklər. İnanıram və bunun üçün gəlmişəm"

 

O, Samir Abasovla yenidən işləməyin onun üçün xoş olduğunu söyləyib: "Sumqayıt"da da onun oyun fəlsəfəsini bəyənirdik. Tək mən yox. Samir Abasovun istəyi ilə kluba gəlmişəm. İstədiklərini bilirəm. Maraqlı və gözəl futbol oynadır".

 

E. Bədəlov "Neftçi' azarleşlərinin xoş sözlərə layiq olduğunu söyləyib.