Azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin formasını geyindiyi Albaniyanın "Partizani" klubu Şimali Makedoniyadakı təlim-məşq toplanışında növbəti yoldaşlıq oyunu keçirib. Sport24.az xəbər verir ki, Vüsalın komandası Albaniyanın digər təmsilçisi "Dinamo Siti" ilə qarşılaşıb.

 

Görüş "Partizani"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Vüsal bu matçda meydana start heyətində çıxıb.