Artıq bu həftə "Sumqayıt" yeni baş məşqçisinin adını açıqlamaq məcburiyyətindədir. Sport24.az xəbər verir ki, FİFA qaydalarına əsasən, bir klub çalışdırıcısı ilə yolları ayırırsa, yeni baş məşqçinin kimliyinə maksimum 60 gün ərzində aydınlıq gəlməlidir.

 

"Kimyaçılar"ın Vaqif Cavadovla mayın əvvəlində vidalaşdığını nəzərə alsaq, artıq bu həftə "gənclik şəhəri"nin təmsilçisinin "sükanı"nın kimə tapşırılacağı müəyyənləşməlidir.

 

Qeyd edək ki, şəhərin eyniadlı təmsilçisi başa çatan mövsümün sonundan baş məşqçisiz qalıb.