"Real"ın sabiq müdafiəçisi, hazırda "Monterrey"də çıxış edən Serxio Ramos hansı hücumçulara qarşı oynamağın ən çətin olduğunu söyləyib. Sport24.az xəbər verir ki, o, bununla bağlı "Give me Sport"a açıqlama verib:
"Samuel Eto və Zlatan İbrahimoviçə qarşı oynamaq çətin olub. Onlar sürətli və fiziki cəhətdən çox güclü idilər. Daim mənə problem yaradıblar".
Qeyd edək ki, Ramos 16 mövsüm keçirdiyi "Real"da 4 Çempionlar Liqası və 5 İspaniya çempionluğu da daxil olmaqla 22 kubok qazanıb. İspaniya millisinin hüyətində dünya çempionu (2010) və ikiqat Avropa çempionu (2008, 2012) olub. O, La Liqada ən çox qırmızı vərəqə alan müdafiəçidir.