"Botafoqo"nun hücumçusu İqor Jezus karyerasını Premyer Liqada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Teleqraf.com" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 24 yaşlı braziliyalı ilə "Nottingem Forest" maraqlanır. İngiltərə klubu futbolçu üçün 12 milyon avro təklif edir.
Qeyd edək ki, forvard 2025/26 mövsümündə 29 oyun keçirib, 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.