"Çelsi" nümayəndələri London şəhər meriyası ilə yeni stadionun tikintisi və ya hazırkı stadionun genişləndirilməsi perspektivi ilə bağlı danışıqlar aparıblar. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

 

Hazırda "zadəganlar"ın ev oyunlarını keçirdiyi "Stemford Bric" arenası 41,728 tamaşaçı tutumuna malikdir.

 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda yeni stadionunun "Erlz Kort" ərazisində tikiləcəyi barədə xəbərlər yayılmışdı. Ancaq sonda həmin yerdə yaşayış binalarının tikiləcəyi məlum olub.