"Kəpəz" daha bir oyunçusunu yola salıb. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi Tural Rzayevlə başa çatan müqavilənin müddəti yenilənməyib.
Gəncə futbol məktəbinin yetirməsi olan Rzayev "sarı-göylər"də 2015-2016-cı illər mövsümdə debüt edib.
Qeyd edək ki, futbolçu qərb təmsilçisinin heyətində 6 mövsüm keçirib. Bu müddətdə 122 oyuna çıxıb və 1 qol vurub.