"Arsenal"ın keçmiş baş məşqçisi Arsen Venger "Barselona"nın "Real"a məğlub olduğu oyundan sonra Kataloniya klubunun oyunçularını tənqid edib. Sport24.az xəbər verir ki, fransalı mütəxəssis bununla bağlı "Metro" portalına açıqlama verib:

 

"Xabi Alonso komandasını yaxşı balanslaşdırdı və ümumilikdə, deyərdim ki, bəzi mövqelərdə sanki oğlanlar kişilərə qarşı oynayırdı.

"Real"ın müdafiədə oyunu "Barselona"dan daha güclü idi. "Real"ın hücumda həmişə daha bir qol vura biləcək kimi görünürdü, "Barselona" isə Robert Levandovski və Rafinyasız hücumda dişsiz təsir bağışladı. Mbappe penaltini qaçırdıqdan sonra "Barselona" ikinci hissədə topa çox sahib oldu, amma əslində heç vaxt qol vura biləcək kimi görünmədi".

 

Qeyd edək ki, ötən gün keçirilən qarşılaşmada "Real" "Barselona"nı 2:1 hesabı ilə məğlub edib.