Misli Premyer Liqasının 17-ci turu son illərin ən gözlənilməz nəticələrindən biri ilə yadda qalıb. Sport24.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, 12 qat Azərbaycan çempionu "Qarabağ" öz meydanında "Kəpəz"ə 0:2 hesabı ilə məğlub olub.

 

Ağdam klubu Premyer Liqada ev oyununda bir topdan artıq fərqlə sonuncu dəfə 2011/2012 mövsümündə uduzmuşdu.

 

Qeyd edək ki, "Qarabağ"ın evdə qol vurmadan iki və ya daha çox top buraxması Qurban Qurbanovun debüt mövsümü olan 2008/2009-dan sonra ilk dəfə yaşanıb