"Sabah" futbolçusu Ayaz Quliyevlə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Quliyev 2023-cü ildən "Sabah"da çıxış edirdi. O, bu müddətdə komandanın heyətində 54 oyun keçirib.

 

A.Quliyevin "Rusiya"nın "Arsenal" klubuna keçəcəyi gözlənilir.