"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik İngiltərə Premyer Liqasının 23-cü turunun "Arsenal"(3:2) üzərindəki səfər qələbəsindən sonra təəssüratlarını bölüşüb. Sport24.az xəbər verir ki, Kerrik komandasının səfər qalibiyyəti haqda bunları deyib:

 

"Komandamla həqiqətən fəxr edirəm. Oyun ötən həftəki oyundan, "Mançester Siti"yə qarşı oyundan çox fərqli idi. "Arsenal" bizi bir sıra cəhətdən çox təzyiq altına aldı və biz onların qapısı qarşısında davamlı olaraq təhlükə yarada bilmədik. Lakin, müəyyən anlarda həqiqətən də iti görünürdük. Futbolçularım böyük səy göstərdilər. Onlarla fəxr edirəm".