İngiltərədə "Liverpul" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun oyununun baş hakimi açıqlanıb. Sport24.az xəbər verir ki, matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.
Onun köməkçiləri həmyerliləri Branislav Hantsko ilə Yan Pozor olacaqlar. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.
VAR-da niderlandlı Pol van Boekel, AVAR-da Yan Boterberq əyləşəcəklər.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.