Argentina millisinin müdafiəçisi Kristian Romero DÇ-2026-nın yarımfinalında İngiltərə millisi üzrində 2:1 hesablı qələbədən sonra İngiltərə millisinin sabiq üzvü Qari Nevillə sərt cavab verib. Sport24.az xəbər verir ki, o, bu barədə "TyC Sport"-a danışıb.
Xatırladaq ki, İngiltərənin ikinci hissədəki taktiki hərəkətlərini təhlil edən Nevil meydandakı şiddətli toqquşmalara və təxribatlara görə Romeronu günahlandırıb. O, açıq şəkildə bildirib ki, argentinalı müdafiəçi çirkin oynayıb, Harri Keyni qıcıqlandırmaq üçün qəsdən təxribatçı hərəkətlər edib.
"Ümid etdiyim tək şey odur ki, karyeramı bitindən sonra Nevill qədər axmaq olmayacam və oyunçuları tənqid etməyi düşünməyəcəyəm.
Meydana əlindən gələni etmək üçün çıxırsan və hər şey hər iki tərəfə gedə bilər. Finala çıxdığımıza və tarix yazdığımıza görə sadəcə xoşbəxtik", - deyə Romero bildirib.
Qeyd edək ki, Argentina millisi finalda İspaniya ilə üz-üzə gələcək.