Haiti millisinin baş məşqçisi postundan ayrılan Sebastyan Minyenin işsiz günləri çox çəkməyib. 53 yaşlı fransız mütəxəssis Qabon millisinin "sükanı arxasına" keçib. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

 

Minye əvvəllər Afrikada Kamerun, Ekvador Qvineyası, Keniya, Konqo, Toqo və Konqo Demokratik Respublikası milli komandalarının baş məşqçisi olub.

 

Qeyd edək ki, Minyenin rəhbərlik etdiyi Haiti yığması DÇ-2026-da qrupda keçirdiyi hər üç oyunu - Şotlandiya (0-1), Braziliya (0-3) və Mərakeş (2-4) - məğlub başa vurub.