"Zirə" bu gün Konfrans Liqasında növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Rəşad Sadıqovun  baş məşqçi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Torpedo" (Kutaisi) ilə üz-üzə gələcək.

 

Tərəflər arasında bir həftə əvvəl Sumqayıtda keçirilən görüş "qartallar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Macarıstanlı Mihali Kaprayın baş hakim olduğu qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

 

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə Hegelmann" (Litva) – "Payde" (Estoniya) duelində mərhələ adlayan komanda ilə oynayacaq. 

 

Konfrans Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
16 iyul

 

20:00. Torpedo – Zirə 3:0

Qollar: E. Aydın, 26, A. Seydiyev, 39, 70.


Baş hakim: Mihali Kapray (Macarıstan).
Kutaisi. Ramaz Şengeliya stadionu.

ilk oyun - 0:3

 

"Torpedo": 1. Qoşadze, 15. Kuprava, 24. Latsabidze, 4. Şimiç, 33. Stamatov, 20. Skorup, 7. Mamuçaşvili(k), 22. Bukia, 11. Arabidze, 9. Andriç, 14. Felipe Pires

 

Ehtiyat: 31. Klyayiç, 38. Kopaliani, 5. Nadaraya, 6. Şerif, 8. Itrak, 29. Çitaişvili, 30. Antia, 35. Deysadze, 36. Pridonishvili, 39. Pinson

 

Baş məşqçi: Dirk Şuster

 

"Zirə": 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 5. Anj Mutsinzi, 4. Ruan Renato, 32. Qismət Alıyev(k), 93. Brahim Konate, 21. Guima, 17. Vieyrinya, 7. Eren Aydın, 11. Junior Martinş, 9. Davit Volkov

 

Ehtiyat: 72. Hüseynəlu Quliyev,, 99. Səlim Həşimov, 6. Hacıağa Hacıyev, 8. İsmayıl İbrahimli, 10. Giorgi Papunaşvili, 14. Elçin Əlicanov, 20. İssa Cibrilla, 22. Ayxan Hüseynov, 29. Krismael, 57. Yusif Hacıyev, 70. Namik Ələsgərov, 77. Yeqor Boqomolski

 

Baş məşqçi: Rəşad Sadıqov