"Qarabağ" İngiltərənin "Liverpul" klubunun sabiq futbolçusu Nabi Keytanı heyətinə qatmaq istəyir. Sport24.az xəbər verir ki, Afrika mətbuatının yaydığı məlumata görə, Ağdam təmsilçisi 31 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı Macarıstanın "Ferentsvaroş" klubu ilə rəsmi əlaqə saxlayıb.
Hazırda tərəflər arasında danışıqlar davam edir və transferin taleyinə yaxın günlərdə aydınlıq gələcəyi gözlənilir.
Qvineya millisinin üzvü olan Nabi Keytanın hazırkı transfer dəyəri 1,5 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi 2018–2023-cü illərdə "Liverpul"un formasını geyinib. O, Mersisayd təmsilçisi ilə İngiltərə Premyer Liqasının, UEFA Çempionlar Liqasının, həmçinin digər nüfuzlu turnirlərin qalibi olub.