"Qarabağ" bu gün Avropa Liqasında növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun komandası Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə İslandiya təmsilçisi "Vestri" ilə üz-üzə gələcək.

 

Bakıda baş tutan ilk görüş ağdamlıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Çexiyalı hakim Marek Radinanın fir çalacağı matçın start fiti Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə ÇSKA (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) duelində sevinən tərəflə qarşılaşacaq.

 

Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
16 iyul

00:00. Vestri – Qarabağ
Baş hakim: Marek Radina (Çexiya).
Reykyavik. "Trottarvöllur" stadionu.

İlk oyun- 0:3