Belçikalı sağ cinah müdafiəçisi Tomas Menye "Sanderlend"lə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçu hazırda azad agent olduğundan transfer pulsuz başa gəlib. 34 yaşlı müdafiəçinin müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Menye karyerası ərzində PSJ, Dortmund "Borussiya"sı, "Lill", "Brügge", "Trabzonspor" və "Virton" kimi klublarda oynayıb.